Hüseynciyem!

    HUSEYNCİYEM - Seyid Rövşən ve Elşən Xəzər

    Hüseynçiyəm, bu qeyrəti Ağam Hüseyndən almışam,
    Cəsarəti, şücaəti Ağam Hüseyndən almışam.
    Bu izzəti, bu iffəti Ağam Hüseyndən almışam,
    Bu isməti, ləyaqəti Ağam Hüseyndən almışam.

    Hüseyn, Hüseyn, Ağam Hüseyn.

    Əvvəli dərs anam mənə tərbiyə vermək istəyib,
    Gözün yaşın qatıb südə
    Verib mənə rozə deyib.
    Ruhun o gün mən Hüseynin
    Hərçəmini kəfən geyib
    Bu məktəbi, bu ibrəti Ağam Hüseyndən almışam.

    Mən özümü dərk edəni,
    Çətinliyə alışmışam.
    Zülmlərə baş əyməyib, zalım ilə tutaşmışam.
    Zəmanin yezidləriylə hər zaman vuruşmuşam,
    Ədalətə məhəbbəti Ağam Hüseyndən almışam.

    Kərbubəla məktəbinin yetirməsi, məzunuyam,
    Mən Ağamın Əkbərinin, Qasiminin vurğunuyam.
    Ədalətin bu dünyada silinməyən qanunuyam,
    Bu düzlüyü, həqiqəti Ağam Hüseyndən almışam.

    Hüseynçilər əzilməyə, kəsilməyə adət edib,
    Əzilsə də, kəsilsə də haqq yoluna dəvət edib.
    Mərd kişilər bu məktəbə aşiq olub, beyyət edib,
    Bu mərdliyi, dəyanəti Ağam Hüseyndən almışam.

    Mərd kişilər qutarmayıb,
    Mərd kişilər vardır hələ.
    Bu məktəbin ətrafına,
    Toplaşağın biz əl-ələ.

    Gələn nəsil baxıb bizə,
    Şəhidliyə cuşa gələr.
    Bu birliyi, bu vəhdəti Ağam Hüseyndən almışam.
100%
  2
  0
Yorum Alanı 0Yorum Yapılmış
Sitemizde bulunan film, videolar, film fragmanları ve diğer tüm videolar çeşitli paylaşım ortamlarında da bulunmaktadır. Sitemiz sadece youtube.com, video.google.com, aparat.com vb. sitelerde eklenmiş ve paylaşıma açılmış videoları yayınlamaktadır. Serverımıza kesinlikle yükleme yapılmamaktadır. Bu yüzden Yeni Kaynak.com sitesi hiç bir yasal hükümlülüğe tabi tutulamaz. İstenildiği takdirde hak sahipleri videoların kaldırılması talebinde bulunabilirler.