Merhum Üstad Muhammed Hüseyin Şehriyar, İran İslam İnkılabı Rehberi İmam Ali Hamaney'in şiir meclisinde "AĞIZ YEMİŞİ" adlı Türkçe şiirini okurken.
AĞIZ YEMİŞİ
Bir gün ağız qalı boş,
Bir gün dolu dad olur.
Gün var ki, heç zad olmaz,
Gün var ki, hər zad olur.
Bəxtin dura, baxarsan,
Yadlar qohum-qardaşdi,
Amma bəxtin yatanda,
Qohum-qardaş yad olur.
Çalış adın gələndə
Rəhmət oxunsun sənə,
Dünyada səndən qalan
Axırda bir ad olur.
Gördün işin əyildi,
Durma, əkil, gözdən it,
Dostun görər darıxar,
Düşmən görər şad olur.